Psixoloji zorakılıq

Psixoloji zorakılıq

Salam. Mən anadan olandan atamın evi olmayıb, anamın valideynlərinin evində yaşamalı olmuşuq. Babam rəhmətə gedəndən sonra xalalarım nənəmlə anamın arasında tez-tez mübahisələr salırdılar, bizim bu evdən çıxmağımızı tələb edirdilər. Amma bizim evimiz olmadığına görə çıxa bilmirdik. Nənəm bu il vəfat etdi. Xalalarım anama açıq müharibə elan etdilər. Hamısı anamla səbəbsiz dalaşdı. Evi məhkəmə yolu ilə bölmək üçün iddia qaldırıblar. Hətta iddia ərizəsində anamı baba və nənəmin nigahında doğulmuş uşaq kimi göstərməyiblər də. Xalalarım və mərhum dayımın həyat yoldaşı yaşadığımız evi satıb bizi küçəyə atmaq istəyirlər. Xalam Gülnarə və Sevda biz yaşayan mənzildə yaşayırlar. Gülnarə tez tez yersiz davalar edir, atamı bizim evə gəlməyə qoymur. Anamı tamamilə təkləyirlər. Anam hər gün ağlayır. Mən anama nə isə olacağından qorxuram. Anamın qardaşı da bu yaxınlarda rəhmətə gedib. Anam həm nənəmin həm dayımın vəfatına yas saxlayır, həm bacılarının ona qarşı bu aqressiv münasibətindən əzab çəkir. Mənim 11 yaşlı qardaşım da çox bu hadisələrə görə çox əziyyət çəkir. Xahiş edirəm bizə olunan bu zorakılıqlara son qoyulması üçün kömək edəsiniz. Sağ olun.

Anonim-fikir

Anonim-fikir

Salam. Əslində bu yazını bir növ ürək ağrılarımı bölüşmək üçün yazıram. İnsanlar görməkdən, duymaqdan o qədər qorxurlar ki, həyatlarını itirsələr belə kor olmağa, susmağa davam edirlər. Başqalarını düşünmədən, “əşi mən tanımıram ki onsuz da, nəyimə lazımdı” deyib “yaşayırlar”. Kimisə dəstəkləmək üçün mütləq qohum olmalıdırlar sanki. Bu LGBT fərdlərinə qarşı olan zorakılıq üçün də keçərlidir. Sanki LGBT fərdlərini dəstəkləmək üçün mütləq onlardan olmaq lazım imiş kimi edirlər. Halbuki insan olmaq dildən, dindən, irqdən, cinsi orientasiyadan asılı deyil. İnsanlar qorxurlar. Səs çıxarsalar onlara da zərər yetirilər deyə qorxurlar. Ancaq anlamırlar ki, qorxduqca, susduqca hər şey daha da ağır olur. Kənarlaşdırdıqca, yadlaşdıqca hər şey daha da ağır olur. “Öz həyatıdı, özü bilər mən qarışmıram və dəstəkləmirəm də”, “öz ailəsidi, ailəsi bilər nəyi necə etmək lazımdı, mənə nə var” demək nifrətin üstüörtülü versiyalarıdır, başa düşün. Çox şey yaza bilərəm, ancaq anlamaq üçün vaxt lazımdır…

Anonim-Qarabağ

Anonim-Qarabağ

Salam, sizə yaxınlarda başımdan keçən bir hadisəni danışmaq istəyirəm. 2 övlad anasıyam, 48 yaşım var. Həyat yoldaşım mənimlə həmişə mehriban davranıb. Hekayəm ondan olmayacaq. Amma 70 yaşlarına yaxınlaşan atamın və anamın hekayəsini danışmaq istəyirəm. Anamın dediyinə görə onlar çox gec evləniblər. Hətta anamı kənddə (keçmiş Cəbrayıl rayonu, ad çəkmirəm) sıxma boğmaya salırlarmış yaşı 20 (!) olduğuna görə. Nəhayət özündən 3 yaş böyük atamla evləndiriblər. Dünən atamın anamın üstünə qışqırmağını və anamın sakitcə ağlamağını gördüm. Anam heç ağlamazdı. Səbəbini soruşduqda bir gün görmədiyini, 65 ildir təhqir olunduğunu, əzildiyini dedi. Atası, yəni babam, ona Şuşada oxumağa icazə verməyib. Bir gün erməni sinif yoldaşından kömək alıb Bakıya qaçmaq istəsə də, həmin uşağın qardaşı gəlib atasına xəbər verib, nəticədə anam çox pis döyülüb. Nəhayət evləndirilib. Atam isə ilk dövrlər normal münasibət bəsləsə də yaş ötdükcə əzazilləşib. Bəzən anamı yerə yıxıb, boğacaq dərəcədə üzərinə oturub, bəzən də seksual istismar edib. Dediyinə görə bu son damla idi ki, ağlayıb. Təsəvvür et ki, neçə ildir həm atandan, həm də həyat yoldaşından əziyyət görürsən. Mən Qarabağdan uzaqda, Bakıda böyümüşəm, həyat yoldaşım da tələbə yoldaşımdır, ukraynalıdır. Buna görə də ağlıma da gəlməzdi anamın bunları yaşamağı. Mən uşaq olanda belə şeylər görmürdük çünki. Ümid edirəm insanlar öz ətrafına qarşı daha çox diqqətli olarlar. 

Anonim

Anonim

Bilmirəm hansı travmalara bağlıdı, amma mən şəxsi həyatında uğurla ola bilən insan deyiləm. Açığı, uzun müddət həyatıma saldığım səhv insanlara görə özümü o qədər günahlandırmışam ki, səsli şəkildə “mən belə bir insanla münasibət qurmuşam” demək belə özümə təhqir kimi gəlib. Biraz təcrübəsizlik, biraz da özgüvənsizliklə 19 yaşımda münasibət qurduğum insandan gördüyüm fiziki yox, psixoloji şiddət hələ də mənim şəxsi həyatdan əvvəl, hətta gündəlik həyatıma, insan münasibətlərimə də təsir edir. Şiddət xəbərləri görəndə zərərçəkmişlərin ən çox işlətdiyi söz “qorxurdum kiməsə deməyə” olur. Mən bunu nə qədər yaxşı başa düşürəmsə, o qədər də məyus oluram. Çünki mən də qorxub susmuşam. Və qorxub boyun əymişəm. Fiziki yox, psixoloji şiddətin nə olduğunu açmalı olsam, məsələn şantaj, aramızda yaşananların ifşa olunması ilə hədələmə, ailəmə qarşı məni alçaltma və s. Bu qədər manipulativ və kontrol xəstəsi bir insanla 8-9 ay həyatımın ən pis günlərini keçirməyimə məcbur olmağımı xatırlayanda, bir qadın kimi özümə olan hörmətim sarsılır. Belə bir hadisəni kimsə mənə danışsa deyərdim, xəstəsən? Niyə dözürdün? Niyə ayrılmırdın? Çox yerində sualdır hansı ki. Təbii ki sevərək dözmürdüm. Qorxurdum. Üstəgəl 19 yaşım var idi və həyatımda yaşadığım ilk ciddi münasibət idi. Bu insanın adının, hətta kimliyinin ifşa olunmağı mənim üçün böyük zövq olardı, amma açığı yazımı oxuyanda mənim kimliyimin üzə çıxacağı üçün bunu edə bilmirəm. Anxiety simptomlu insan üçün bunu yazmaq belə mənim üçün çox çətindir. Əminəm ki, bu cür hadisələr çox yaşanır və heçkim haqqında danışmır. Problemin bizdə olmamağına baxmayaraq, bunu özümüzə etiraf etmək bu qədər çətindirsə, kiməsə danışmağı artıq özünüz təsəvvür edin.

Anonim – Bakı

Anonim – Bakı

Salam. Əvvəlcədən bu layihəni yaratdığınız üçün sizə təşəkkürümü bildirirəm. Ümid edirəm kimliyimi həqiqətən də qoruyarsınız. Mən  Bakı şəhərində anadan olmuşam, ali təhsiliyəm. Elmi fəaliyyətlə məşğulam. Tezliklə PHD – dərəcəsini almaq üçün elmi işimi müdafiə edəcəyəm. Sizə uzun müddətdir, ancaq yoldaşımın və mənim bildiyim problemimdən danışacağam. Biz 10 ildir evliyik artıq, 2 övladımız var. Yoldaşım güc strukunda çalışır və polis zabitidir. Evliliyimizin 1-ci illərindən bəri ondan özümə qarşı zorakılıq görmüşəm. Əvvəllər deyirdim iş stressidir, dözmür aqressiyasını məndən çıxardır, lakin məni sevir. İndi isə o, yüksək rütbəli zabitdir, ayrıca otağı belə var. Lakin, illər keçsə də, o bu zorakılığından əl çəkmir. Daha sonralar anladım ki, bu onun təbiətində var və mən özümü ondan heç cür müdafiə edə bilmirəm. Kənardan hamı elə bilir ki, biz xoşbəxtik, lakin evin içində o mənə sadəcə bir kəniz kimi yanaşır. 3 il əvvəl ondan boşanmağı düşündüyümü dedim. Məni öldürməklə hədələdi, qorxumdan daha heçnə edə bilmədim. Çünki onun blef etmədiyini bilirəm, əlindən gələn işdir. Nə edə biləcəyimi bilmirəm, intiharı belə fikirləşirəm. Lakin övladlarım var. Öz zorakılığını mənə tətbiq edir, övladlarıma dəymir, qorxuram mən olmazsam, eyni əməlləri, işgəncələri övladlarıma yaşatdıracaq. Biçarə yaşayıram. Heç kimə heçnə deyə bilmirəm.  

Anonim – Sumqayıt

Anonim – Sumqayıt

1995 ci ildə Sumqayıt şəhərində anadan olmuşam. 4 uşağıq (3 bacı 1 qardaş). 15 yaşıma kimi babam da (ata tərəf) bizlə yaşayıb(ölənə qədər). Atam polis məmuru(sahə müvəkkili) olub, 2014 də ölüb. Mən sadəcə sizin üçün daha bir hekayə ola biləcək bir hekayə paylaşmaq istəyirəm. Anam atayla ailə qurmazdan öncə atanı istəyən bir qadın var idi. Səhv etmirəmsə əvvəl münasibətləri olmuşdu necəsə. Sonra ana eyni kənd, tanışlıq adı ilə atayla ailə qurdu. Anamın dediyinə görə özünün də istədiyi var imiş atadan əvvəl. Araya tanışlıq, “ad-san” məsələsi girincə işlər dəyişib atayla ailə qurmuşdu. Atamın ailəsi problemli ailə olub. Öz atası(babam) da qəddar insan olub. Anasını amansızca döyüb dişlərini tökmüşdü, uşaqlarının gözü önündə. Özünü(ata), bacı qardaşlarına da həmçinin şiddət göstərərdi. Babam müharibədə iştirak edib, 70 yaşına kimi sağ ayağında qəlpə ilə yaşayıb, 75(2002-2003) yaşında əməliyyatla götürülüb ayağından. Anagilin toy günündə həmin qadın gəlib mane olmaq istəyib, atadan hamilə olduğunu (yalan-doğru olduğunu sonradan bilmədik)demişdi. Babam (ana tərəf) adlarının çıxmasını istəməmişdi deyə susmuşdu ( özünün stansiya rəisi kimi adına nəsə qoşulmasından). Bunu ona görə deyirəm, çünki yaşı keçirdi deyə ananı evləndirmək dünya əhəmiyyətli bir iş idi onun qarşısında… Ana atayla evlənəndə ilk illər pis getmirdi həyat. İlk uşaqdan əvvəl 2 uşaq ölməsinə (1 i doğulan anda, digəri 6 ay sonra)rəğmən münasibət elə də pis deyildi anaya qarşı, nə əcəbsə anada günah görməyə bilmişdilər. Sonra evlilik həyatı başladı. Atam yuxarıda da qeyd etdiyim kimi polis mayoru olub. Ona kimi hüquqşünas olmaq istəyib. 5 il hər il qəbul olmaq üçün baş vurub ard arda. Sonrasında da polis ola bilib. Özümü xatırlayandan(mən 3 cü uşağam) öncələri yüngülvari (əl ilə) və mənəvi sonralar hər iki halın ağır formasında şiddətə məruz qalmışam. Bəlkə də sonralar başa düşmümşəm… “Atam”, özünün uşaqlığını yaşamamasındanmı deyim, psixioloji problemlərindənmi deyim bilmirəm, min bir əziyyətlə oxumasının nəticəsi olaraq mı deyim bütün bu olanlara…, hər “səhvimizə” görə əlini qaldırıb alın nahiyəmizə vuran yumruqların sayı hesabı yox idi. Bəlkə də özünün yetərsizliyinin bizim üzərimizdə təcrübə edib öhdəsindən gəlirdi. Hər adi hadisənin(istər mentalitet olsun istər digər) əziyyəti bizə qalırdı. Hər birimizin başına gələnləri ayrı ayrılıqda yazmaq istərdim amma ifadə etmək problemim var yaşantılar üzündən. Sadəcə alındığı qədər deyim. Anam çox döyülərdi. Özü də hədisiz dərəcədə, ağız dalaşları və döyülmələr bizi zinhara gətirmişdi. Söyüşlər, təhqirlər, alçaltmalar. O şey zamanla bizə də yönəldi. Onun böyük bacıma dediyi sözləri mənliyi olan heç bir insan götürməzdi amma bacım götürmək məcburiyyətindəydi. Yoxsa bizim ona qarşı etdiyimiz hər “üsyan” ananın başında çatlayırdı. O üsyanın əvəzi bizdən çıxırdısa on qat artığı anadan çıxırdı. Bu hadisələrdən biri digər bacımın başına gələni deyim. Hər axşam birimizə masaj elətdirirdi. Bu masajların sayəsində bizdən sağlam idi, biz içi çürüklərdən. Bacım (ortancıl) necəsə masajı onun istədiyi şəkildə edə bilməmişdi deyə uzandığı şəkildə ayağı ilə bacının sinəsinə ağır təpik atdı, nəfəsi getdi güclə gəldi özünə… Hər edilən, özünün gəldiyi qənaətə görə”yanlış” hərəkətlərə görə dəyən zərbələr… ))) gülmək tutur məni yazanda, xatırlayıram deyə. Çox çox nadir halda özünü ata hiss elədiyi vaxtlarda gəzməyə apardığı zamanlar yadıma düşdü. Həm sevgi, həm nifrət (mənə görə nifrət yaxşı səslənir) qarışıq bir uşaq böyüyəndə dəli olmaq həddinə çatmazmı?! Gəlin öz başıma gələnlərdən deyim. Bir dəfə qardaşımın məktəbi ilə əlaqədar(maddiyyatla bağlı idi səhv etmirəmsə) ana bundan nəyi isə gizlətmişdi. Gedib məktəbdə öyrənib evə gələn kimi (səhər 9 un yarısı) qapını açan ananı atmışdı qabağına. Boğa boğa döyürdü. O an hiss etdiklərimi hiss edirəm hal hazırda. Digər otaqda şkafın içinə girib qulaqlarımı tutardım ağlaya ağlaya, əlimdən nəsə gəlmirdi deyə. Məni ağladan o çarəsizlik idi. Sayını unutduğum qədər bu səslərə açmışam neçə neçə səhərimi. Bizə qarşı etdiyi hər şeyi, yediyimiz yeməyə kimi, başımıza qaxardı. Universitetə hazırlaşırdım. Hazırlıq pulunu verirdi həm də başıma qaxırdı pulu. Mən də “üsyan” olaraq müəllimin yanına getməməyi özüm öyrənməyi seçmişdim. Bu da müəllimi görüb evə gələn kimi bıçağı götürüb üstümə cumdu. Ana zarıya zarıya içəridən qapını tuturdu. Tuturdu ki girməsin. Qardaşıma da eyni şəkildə. O məndən 2 yaş balacadır. Onu da bir neçə dəfə gözümüzün qabağında döyüb hər nə qədər bizdən üstün görsə də onu. Qardaşım anamın yanında dayananda ona bizə qoşulduğunu deyirdi)). Küçədə hamının yanlnda ağıl vermələr, təhqir etmələr, vurmalar. Yəni çox təəssüf xoş bir şey yoxdur deməyə. Hə, bunun serroz olduğu zamanlarında yaşatdıqları da var hələ… Bunlar unutmağa çalışdığım keçmişdən geridə qalanlardır, yadımda qalanlar, çox çətinliklə də olsa xatırlamağa çalışdığım. Bir də bunun deyilməyən, yaşanan hissəsi var… Təsəvvür edin hər adi hərəkətinizə görə mühakimə olunursunuz və bu, doğulduğunuz gündən sizin üçün 19 il sizdən böyük bacılarınız üçün 21, 23 il davam edir. Və siz bu illəri heç bir zaman bitməyəcəkmiş kimi yaşayırsınız. İliyinizə kimi hiss edərək, heç bitməyəcəkmiş kimi. Bu da sizə ümidsizliyin və ya ümidin anlaşılmaz izahı. Bunu niyə yazdım, bilmirəm. Bəlkə sadəcə paylaşmaq ehiyacı hiss etdim. Bəlkə yenidən bu şəkildə olanlara(ölkədə) “üsyan” etmək istədim. Allahdan bir mesaj idi bəlkə də o qadının anamın toy günü gəlməsi, bəlkə də bir işarə idi. Kim bilir, bəlkə də… Qalmayın, yaşamayın o insanla. Uşaqlarınızın ən başda da sizin həyatınızı məhv edən varlıqla çürüməyin. Məcbur deyilsiniz heç nəyə, deyilsiniz. Eqoist olmayın, siz özünüz də bilirsiniz ki, etdikləriniz özünüz üçündür uşaqlarınız üçün deyil. Dözümlülüyünüzü buna bağlamayın. Öz adınız üçündür, özünüz üçündür. Siz necəsə dözürsünüz, ama uşaqlar bəs uşaqlar?! Ana susdu. Sözdə bizim üçün idi, çox təəssüf ki, susdu… Bunlardan nə qaldı mənə? Sizcə,? Panik atak, bipolar, xroniki depressiya,özünü və həyatı sevə bilməmək, içində daimi üsyan, alışmamazlıq, uyğunlaşa bilməmək və s. Və bir də bunların yanında güclü qalmaq məcburiyyəti və yaşamaq… Davam etmək.

Anonim – Yeni Yasamal

Anonim – Yeni Yasamal

Salam. Mənim adım X-dir. 4 uşağım var. Ən kiçiyi universiteti bitirir. Sizinlə oğlumun nişanlısı sayəsində tanış oldum. Vallah yazmaq istəmirdim amma yazdıq artıq. Həyat yoldaşım keçən il keçindi xəstəxanada. Mən çox balaca qızlığımdan evləndirilmişəm. İndi 4 uşağımla dolanırıq. Amma etiraf etmək istədiyim bu deyildi. Mən ərim öləndə elə rahatladım ki, az qalsın “dombalaq” aşam. Hər gün evə əsəbi gəlmək. Yumruqsuz, şilləsiz gün keçmirdi. Mənə vurmayanda uşaqlara vururdu. Yaxşıdır indi hər şey. O da kiminsə balasıdır e amma bizdəki də candı axı.

Ayşe Güven (Mahmudova)

Ayşe Güven (Mahmudova)

Merhaba, benim ismim Ayşe. Neredeyse 10 yıl önce Baküye ablamla tatile geldik. Ablam bir işadamıyla tanıştırdı beni, kendisi gayet düzgün, kibar bir beyefendi gibi geldi. Bizi İzmirde ziyarete geldi, hediyeler, çiçekler, çikolatalar derken hayatımın ikinci baharını Mahmudov beyle yaşamaya karar verdim. 1 yıl falan sonra bu adam aniden garipleşti. Eve hep alköllü, küfürler dağıtarak girerdi. Türk erkeğine alışık olduğum için pek yadırgadığımı söyleyemem. Belli ki, işler iyi değildi, morali bozuktu. Her ne kadar dert bölüşelim diye yakınlaşmaya çalışsam “işine bax” diye çemkirirdi. Ben de o zamanlar Baküde bir tekstil şirketindeydim. Şubattı galiba. Çok kötü grip olmuşum, hareket edemez haldeydim. Apartmandaki yan komşunun kapısını bile çalamadım, telefonla aradım. Rica ettim acaba para versem oğlu benim için dükkandan malzeme alabilirmi diye. Sağolsun, Şekili komşularım kırmadılar. Büyük oğlanları indi getirdi evimize. Patates ve soğanları evin daha soğuk bir bölümünde tutuyorduk. Oraya da hemen yatak odasının önünden geçerek gidiyorsun. Eşim de o ara işini kaybetmiş. Kendisinin işsiz, benim çalışmama zaten alışamıyordu. Eve yine içkili geldi. İsrafili gördü aklı başından gitti, adam beni dinlemedi bile. Onu kovdu, bana dayak üstüne dayak. Gripli, hasta halimle her yerim morardı bir de. Okuduğum kitabı bile elimden alıp şömineye atacak kadar gitmiş kafası. Sakinleşti, oturdum, izah ettim. “Ne olursa olsun” dedi, “sen buraları bilmezsin bir kere adın çıktı artık, ben de seni evimde barındıramam.” Ağıza alınmayacak küfürler etti. Bakünün ortasında beş parasız kaldım. Yine sağolsunlar Şekili komşularım sahip çıktı bana. İzmire otobüs paramı bile verdiler. İzmire geldim, 2 yıl sonra boşandım. Sonra Hollandada ikinci master yapmak için İzmiri terk ettim. Şimdi 45 yaşındayım, Hollandada saygın bir tekstil şirketinde üst düzey yöneticiyim. Azerbaycanı, Azerileri çok seviyorum. Şekiye gitmeyi çok istiyorum. Bu yazıyı da Azeri kadınlara güç olsun diye yazıyorum. Pes etmeyin, yolunuzdan dönmeyin!

Cavid Ağa
SUSMA