Salam. Əslində bu yazını bir növ ürək ağrılarımı bölüşmək üçün yazıram. İnsanlar görməkdən, duymaqdan o qədər qorxurlar ki, həyatlarını itirsələr belə kor olmağa, susmağa davam edirlər. Başqalarını düşünmədən, “əşi mən tanımıram ki onsuz da, nəyimə lazımdı” deyib “yaşayırlar”. Kimisə dəstəkləmək üçün mütləq qohum olmalıdırlar sanki. Bu LGBT fərdlərinə qarşı olan zorakılıq üçün də keçərlidir. Sanki LGBT fərdlərini dəstəkləmək üçün mütləq onlardan olmaq lazım imiş kimi edirlər. Halbuki insan olmaq dildən, dindən, irqdən, cinsi orientasiyadan asılı deyil. İnsanlar qorxurlar. Səs çıxarsalar onlara da zərər yetirilər deyə qorxurlar. Ancaq anlamırlar ki, qorxduqca, susduqca hər şey daha da ağır olur. Kənarlaşdırdıqca, yadlaşdıqca hər şey daha da ağır olur. “Öz həyatıdı, özü bilər mən qarışmıram və dəstəkləmirəm də”, “öz ailəsidi, ailəsi bilər nəyi necə etmək lazımdı, mənə nə var” demək nifrətin üstüörtülü versiyalarıdır, başa düşün. Çox şey yaza bilərəm, ancaq anlamaq üçün vaxt lazımdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Cavid Ağa
SUSMA