Salam, sizə yaxınlarda başımdan keçən bir hadisəni danışmaq istəyirəm. 2 övlad anasıyam, 48 yaşım var. Həyat yoldaşım mənimlə həmişə mehriban davranıb. Hekayəm ondan olmayacaq. Amma 70 yaşlarına yaxınlaşan atamın və anamın hekayəsini danışmaq istəyirəm. Anamın dediyinə görə onlar çox gec evləniblər. Hətta anamı kənddə (keçmiş Cəbrayıl rayonu, ad çəkmirəm) sıxma boğmaya salırlarmış yaşı 20 (!) olduğuna görə. Nəhayət özündən 3 yaş böyük atamla evləndiriblər. Dünən atamın anamın üstünə qışqırmağını və anamın sakitcə ağlamağını gördüm. Anam heç ağlamazdı. Səbəbini soruşduqda bir gün görmədiyini, 65 ildir təhqir olunduğunu, əzildiyini dedi. Atası, yəni babam, ona Şuşada oxumağa icazə verməyib. Bir gün erməni sinif yoldaşından kömək alıb Bakıya qaçmaq istəsə də, həmin uşağın qardaşı gəlib atasına xəbər verib, nəticədə anam çox pis döyülüb. Nəhayət evləndirilib. Atam isə ilk dövrlər normal münasibət bəsləsə də yaş ötdükcə əzazilləşib. Bəzən anamı yerə yıxıb, boğacaq dərəcədə üzərinə oturub, bəzən də seksual istismar edib. Dediyinə görə bu son damla idi ki, ağlayıb. Təsəvvür et ki, neçə ildir həm atandan, həm də həyat yoldaşından əziyyət görürsən. Mən Qarabağdan uzaqda, Bakıda böyümüşəm, həyat yoldaşım da tələbə yoldaşımdır, ukraynalıdır. Buna görə də ağlıma da gəlməzdi anamın bunları yaşamağı. Mən uşaq olanda belə şeylər görmürdük çünki. Ümid edirəm insanlar öz ətrafına qarşı daha çox diqqətli olarlar. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Cavid Ağa
SUSMA