Salam. Əvvəlcədən bu layihəni yaratdığınız üçün sizə təşəkkürümü bildirirəm. Ümid edirəm kimliyimi həqiqətən də qoruyarsınız. Mən  Bakı şəhərində anadan olmuşam, ali təhsiliyəm. Elmi fəaliyyətlə məşğulam. Tezliklə PHD – dərəcəsini almaq üçün elmi işimi müdafiə edəcəyəm. Sizə uzun müddətdir, ancaq yoldaşımın və mənim bildiyim problemimdən danışacağam. Biz 10 ildir evliyik artıq, 2 övladımız var. Yoldaşım güc strukunda çalışır və polis zabitidir. Evliliyimizin 1-ci illərindən bəri ondan özümə qarşı zorakılıq görmüşəm. Əvvəllər deyirdim iş stressidir, dözmür aqressiyasını məndən çıxardır, lakin məni sevir. İndi isə o, yüksək rütbəli zabitdir, ayrıca otağı belə var. Lakin, illər keçsə də, o bu zorakılığından əl çəkmir. Daha sonralar anladım ki, bu onun təbiətində var və mən özümü ondan heç cür müdafiə edə bilmirəm. Kənardan hamı elə bilir ki, biz xoşbəxtik, lakin evin içində o mənə sadəcə bir kəniz kimi yanaşır. 3 il əvvəl ondan boşanmağı düşündüyümü dedim. Məni öldürməklə hədələdi, qorxumdan daha heçnə edə bilmədim. Çünki onun blef etmədiyini bilirəm, əlindən gələn işdir. Nə edə biləcəyimi bilmirəm, intiharı belə fikirləşirəm. Lakin övladlarım var. Öz zorakılığını mənə tətbiq edir, övladlarıma dəymir, qorxuram mən olmazsam, eyni əməlləri, işgəncələri övladlarıma yaşatdıracaq. Biçarə yaşayıram. Heç kimə heçnə deyə bilmirəm.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Cavid Ağa
SUSMA